Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?"
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?"Bu gün, 08:31 |
![]() "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı SOCAR Azəriqaz İstehsalat Birliyində işçilər qarşısında qoyulan yeni tələblərin qanunsuzluğuna işarə edərək, buna öz etirazını bildirib. NHMT sədri qeyd edib: "Azəriqaz İB Regional Qaz İistismarı idarələrində çalışan çilingərlər təşkilatımıza müraciət edib öz narahatlıqlarını bildiriblər. Belə ki: - çilingərlər və sıravi təmirçi çilingərlərdən sürücülük vəsiqəsi tələb olunur... Sürücülük vəsiqəsi olmayan işçilər (rəhbər işçilər yox ha..: çilingər və təmirçi çilingərlər) işə buraxılmayacaqlar. Bu halda onlara başqa (vakant yer olarsa!!) iş təklif olunacaq(????)... Əgər işçinin dediyi həqiqətdirsə, bu halda işəgötürən tərəfindən ölkənin əmək qanunvericiliyi pozulur və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsi (maddə 310) ilə məsuliyyət daşıyırlar: Maddə 59. Başqa işə keçirmə İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir..." Geri qayıt |