Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olubDünən, 10:19 |
![]() Müdafiə Sənayesi Nazirliyinə məxsus “Mərkəzi Təminat və Marketinq İdarəsi” MMC-nin direktoru Qabil Eyyubov vəzifəsindən azad edilib. "Report" xəbər verir ki, şirkətə rəhbərlik Soltan Qasımova həvalə olunub. O, yaxın aylara qədər nazirliyə məxsus "Radioquraşdırma Zavodu" MMC-nin direktoru olub. Xatırladaq ki, “Mərkəzi Təminat və Marketinq İdarəsi” ölkə Prezidentinin 27 sentyabr 2006-cı il tarixli fərmanı əsasında yaradılıb. İdarənin fəaliyyəti əsasən nazirliyin və onun tabeliyində olan müəssisələrin fəaliyyətlərinin həyata keçirməsini təmin etmək üçün avadanlıq, dəstləşdirici hissələrin və mal-material dəyərlərinin təchizatı ilə bağlı işlər və digər xidmətlərin təşkilindən ibarətdir. Geri qayıt |