Əsas Səhifə > Ana xəbər / Güney Press > İcra başçılarının 'JEK' BAZARI nəhayət ki BAĞLANIR
İcra başçılarının 'JEK' BAZARI nəhayət ki BAĞLANIRBu gün, 04:55 |
Bir çox hallarda Mənzil İstismar Sahələrindən vətəndaşlara ödənişlə bağlı bildirişlər gəlir. Azərbaycanda vətəndaşlar sahib olduqları evə və qeyri-yaşayış sahəsinə görə əmlak vergisi ödəyirlər. Bu vergi qanunvericilikdə müəyyən edilib və yığılması bələdiyyələrə tapşırılıb. Lakin insanları çaşdıran digər məqam isə mənzil istismar sahəsinin əməkdaşlarının onlardan ev pulu istəməsidir. Ümumiyyətlə "Jek"işçinlərinin vətəndaşlardan pul tələb etməsi qanunidirmi? Mövzuyla bağlı Əmlak Eksperti Elnur Azadov REFERANS-ın suallarına açıqlama gətirib: İlk olaraq müsahibimiz Elnur Azadov qeyd edib ki, bu məsələ çox yaxşı və aktual məsələdir. Nədən ötrü köhnə çoxmənzilli binalarda yaşayan əhali yerli idarəetmə strukturlarından asılıdır. Bunlara mənzil istismar sahələri aiddir. Faktiki olaraq bu kimi mənzil istismar sahələrinin fəaliyyətinə 2011-ci ildən dəyişikliklər olub və bu dəyişikliyə əsasən onların fəaliyyəti artıq qanunlarla tənzimlənmir. Düzdür onlar zibil tullantılarının çıxarılmasında müəyyən fəaliyyət göstərirlər və xidmətdən ötrü vətəndaşlardan pul yığırlar. Daha sonra həmsöhbətimiz bildirib ki, mənzil məcəlləsində çoxmənzilli binaların idarə olunması ilə bağlı bənd var. Qeyd olunub ki, çoxmənzilli binaların idarə olunması orada yaşayan vətəndaşların öz üzərinə düşür. Onlar müştərək cəmiyyət yaratmalıdırlar və müştərək cəmiyyət yaradandan sonra həmin çoxmənzilli binanı özləri idarə etməlidirlər. Çoxmənzilli bina dedikdə iki və daha çox mənzilli bina nəzərdə tutulur. Ölkədə bu istiqamətdə qanun yeni tikililərdə işləyir. Ona görə ki, bu kimi binaları təşkil edən tikinti şirkətləri sonradan binaları gəlir mənbəyi üçün saxlayırlar və hətta bu qanuna zidd olsada bundan faydalanırlar. Düzdür ölkədə 2200-ə yaxın binadan təxminən 10 faizi müştərək cəmiyyət yaradaraq qanunla idarə olunur. Lakin qalan binalarda demək olar ki, bu qanunsuzluq hökm sürür. Beləliklə, bizdə bu sahədə çoxmənzilli binaların idarə olunmasında ciddi problem var. Köhnə yaşayış fondu mənzil istismar sahələri tərəfindən qanunsuz vəsait yığır, heçbir müqavilə olmadan, vətəndaşlarla müqavilə bağlamadan bu xidmət haqqlarını yığır və hətta onların qarşısına belə bir rəqəmlər gətirir ki, vətəndaşların buna qarşı borcu yaranıbdır. Digər məsələ odur ki, çoxmənzilli binaların idarə olunması əgər bu tikilidirsə yeni tikililərində cəmi 10 faizi müştərək cəmiyyət yaradaraq idarə olunur. Buradada baxmayaraq ki, müştərək cəmiyyət yaradılıbdır, baxmayaraq ki, orada səsvermə yolu ilə az-çox nəsə həyata keçirilir. "Son olaraq Əmlak Eksperti vurğulayıb ki, tam əminliklə deyə bilərəm ki, ölkədə bir çox bina vardır ki, orada sakinlər özləri müştərək cəmiyyət yaradıblar, özləri şəffaflıq yaradıblar və qanunla idarə olunurlar. Beləliklə bizim çoxmənzilli yaşayış fondumuz 99.9 faiz qanunsuz əməllərdən ibarətdir",-deyə Elnur Azadov əlavə edib. Geri qayıt |