Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiyadan postsovet xalqlarına qarşı daha bir amansız addım gəlir:
Rusiyadan postsovet xalqlarına qarşı daha bir amansız addım gəlir:Bu gün, 09:13 |
Dövlət Dumasında rus dili imtahanından keçə bilməyən miqrant uşaqları Rusiyadan sürgün etmək təklifi səslənib.
Moderator.az xəbər verir ki, bu haqda "TASS" məlumat yayıb.
Dövlət Duması rus dili imtahanından keçə bilməyən və nəticədə məktəbə yazılmayan əcnəbi uşaqların ölkədən çıxarılması imkanını müzakirə edir. Təşəbbüsün müəllifi Dövlət Dumasının əmək, sosial siyasət və veteranlarla İş üzrə komitəsinin rəhbəri Yaroslav Nilovdur.
Deputat təkid edir ki, belə uşaqlar evdə, yəni öz vətənlərində valideynlərini gözləsinlər. Bundan əlavə, Nilov hesab edir ki, imtahandan keçmək cəhdlərinin sayını üç ilə məhdudlaşdırmaq lazımdır. "Üç dəfə uğursuzluğa düçar olursan, evə gedib evdə valideynlərini gözləyirsən. Və nöqtə", - deyə deputat yekunlaşdırıb.
Daha əvvəl bildirilmişdi ki, Rusiyada 1762 əcnəbi uşaqdan yalnız 27-si rus dili imtahanından keçə bilib.
Xatırladaq ki, Rusiyada aprelin 1-dən rus dilini bilməyən miqrantların övladlarının məktəbə qəbulunu qadağan edən qanun qüvvəyə minib. Sınaq ümumi təhsil müəssisələrində keçiriləcək: bütün prosedur videoya çəkilməli, uşağın şifahi cavabları audio yazıya alınmalıdır. İmtahan uğursuz olarsa, uşağa əlavə dil hazırlığı təklif olunacaq və üç aydan gec olmayaraq test təkrarlanacaq. “Rus dili üzrə biliklərin yoxlanılması cəhdlərinin sayı iki illə məhdudlaşdırmaq təklif olunur, bundan sonra əcnəbi vətəndaş ibtidai və orta ümumi təhsilin təhsil proqramlarını ödənişsiz əsaslarla mənimsəmək hüququnu itirəcək”, - layihənin izahatında bildirilir. P.S. Belə bir qanun da qüvvəyə minərsə, Azərbaycana qarşı daha böyük ədalətsizlik olacaq... Öz ərazində 340-a yaxın məktəbdə 140 mindən çox uşağa rus dilində təhsil ver. Üstəlik ali məktəblərdə 15 mindən çox tələbəyə... Beləcə üst-üstə, valideynli, bacılı-qardaşlı-filanlı 1 milyona yaxın rusdilli vətəndaşına "gözün üstə qaşın var" demədən bəslə, amma sənin bir uşağın Rusiyada rus dilindən imtahan verə bilməsə, deport edilsin... Geri qayıt |