Əsas Səhifə > Ana xəbər / Güney Press > İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı

İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı


Bu gün, 10:24

Bu həftə Bakıda İsrail və Türkiyə rəsmilərinin yeni görüşü keçirilib. Görüşdə İsrail tərəfdən Müdafiə Ordusunun Baş Qərargahının Operativ Əməliyyatlar İdarəsinin istefaya gedən rəisi general-mayor Oded Basiuk iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb.

Qəzet İsrail ordusunun bu barədə mətbuatda gedən xəbərləri təsdiq etdiyini bildirib. Verilən məlumata görə generalın Türkiyə rəsmiləri ilə görüşündə Suriya ilə bağlı təhlükəsizlik məsələlərini koordinasiya etdiyi qeyd olunur. Ordu Basiukun Suriya nümayəndələri ilə görüşmədiyini də vurğulayıb.

Türkiyə tərəfini kimin təmsil etdiyi isə açıqlanmır.

Qeyd edək ki, mayın 14-də ABŞ Prezidenti Donald Tramp Suriya Prezidenti Əhməd əl-Şəraa ilə görüşü zamanı ondan İsraillə münasibətləri normallaşdırmağı tələb etmişdi.


Geri qayıt