Əsas Səhifə > Ana xəbər / Güney Press > 500 ilin söhbətindən FAYDA ÇIXARANLAR...
500 ilin söhbətindən FAYDA ÇIXARANLAR...Bu gün, 10:58 |
Şimallı, cənublu Azərbaycan xanlıqları arasındakı intriqa, rəqabət və düşmənçilik nə idisə, Səfəvi, Osmanlı və Şeybani xanədanlıqları arasında olan da o idi. Daha çox ərazilər tutmaq və ətrafda ən böyük hökm sahibi olmaq. Bütün savaşlar da bunun üçün idi. Heç bir milli məqsəd yox idi. Orta əsrlərdə milli dövlət anlayışı olmadığı üçün hər şey hakim sülalənin dünya görüşü və maraqları ilə müəyyənləşirdi. Nə Xətai pantürküstlüyündən türk dilini rəsmi dil elan etmişdi, nə də Səlim mömün dindar olduğu üçün İslamın xəlifəsi donuna bürünmüşdü. Hər şey real vəziyyətdə daha çox tərəfdar toplamaq və dah çox tayfanı, əşirəti ətrafına cəmləmək üçün idi. O dövrdə Şərqdə hakim sülalələr türk sülalələri, vahid idealogiya isə İslam idi. Türklük uğrunda mübarizə mənasız olduğu üçün, kütlələr islam üzərindən idarə olunurdu. Xətainin şiəliyi də məhz Osmanlıya-Xəlifəyə qarşı dayağı orada tapdığı üçün idi.
Əgər bu gün kimsə hələ də orta əsr qafasıyla Xətai- Səlim intriqası arxasından Türliyə-Azərbaycan münasibətlərinə ton verməyə çalışırsa bilin ki, ya rusbaşdı, ya da qumbaş… Hə, səmimi milli emosiyanallıq edənlər də var. Onları da anlamaq olar. Amma səmimiyyət hələ cahil olmamaq deyil.
Şah İsmail Xətai türk oğlu türkdür. İranda hakim olmuş türk sülaləsinin ən parlaq hökumdarıdır və biz Azərbaycanlıların İran müllkünə haqq iddiamızın ən real istinadıdır. Xətai də, Səlim də, Şeybani də tarixdir. Dərs çıxarmalı olduğumuz tarix. Bundan artığına gərək yoxdur.
Ərdoğan isə siyasətçidir. Trampın ərəblərdən bir səfərlə topladığı trilyonlardan ölkəsinə də pay çıxarmağa çalışır.
Turan İbarhimov - "DİA-AZ"
Geri qayıt |