Əsas Səhifə > Ana xəbər / Güney Press > Müdafiə Sənayesi Nazirliyində daha bir kadr dəyişikliyi olub

Müdafiə Sənayesi Nazirliyində daha bir kadr dəyişikliyi olub


Bu gün, 14:16


Müdafiə Sənayesi Nazirliyinə məxsus “Təhlükəsizlik və Mühafizə İdarəsi” MMC-nin direktoru Firdovsi Cəfərov vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, şirkətə rəhbərlik Simran Əfəndiyevə həvalə olunub.

Xatırladaq ki, “Təhlükəsizlik və Mühafizə İdarəsi” nazirin 16 oktyabr 2006-cı il tarixli əmri ilə yaradılıb. İdarənin fəaliyyəti əsasən nazirliyin mərkəzi aparatında və onun tabeliyində olan müəssisə və təşkilatlarda mühafizə xidmətini, nəzarət-buraxılış rejimini və öz səlahiyyətləri daxilində digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və bu kimi xidmətlərin göstərilməsindən ibarətdir.


Geri qayıt