Əsas Səhifə > Ana xəbər / Güney Press > Lavrovun səfəri: Rusiya Cənubi Qafqazda müharibəyə hazırlaşır
Lavrovun səfəri: Rusiya Cənubi Qafqazda müharibəyə hazırlaşırBu gün, 09:08 |
Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana mayın 20-21-də baş tutan səfəri ilə bağlı erməni hərbi ekspert Ayk Nahapetyan sensasion iddialarla çıxış edib. Axar.az xəbər verir ki, Nahapetyan Lavrovun Ağrı dağının fonunda çəkilən fotosunun Rusiya XİN-in sosial şəbəkə hesabında paylaşılmasının təsadüf olmadığını bildirib. “Zəngəzur Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Sergey Lavrov mətbuat konfransı zamanı Qafanda Rusiya konsulluğunun açılması ilə bağlı işlərin davam etdirildiyini bir daha vurğuladı. Lavrovun səfərinin növbəti mühüm mesajı isə onun Ermənistana gələn kimi ilk olaraq Qələbə parkını ziyarət etməsi və Böyük Vətən müharibəsi qurbanlarının xatirəsini yad etməsi, onun Ağrı dağının fonunda fotosunun yayımlanmasıdır”, - o bildirib. Nahapetyanın fikrincə, Türkiyə Qara dəniz, Suriya və Cənubi Qafqazda Rusiyanı sıxışdırır: “Lavrov İrəvana Rusiyanın Cənubi Qafqazda böyük müharibəyə hazırlaşdığını göstərməyə gəlmişdi, ona görə də Ermənistan hakimiyyətinin mövqeyini aydınlaşdırmaq vacibdir”. Geri qayıt |