Əsas Səhifə > Ana xəbər / Güney Press > Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI
Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADIBu gün, 12:30 |
Qusar rayon Prokurorluğu rayon poçt şöbəsi ilə bağlı araşdırmalara başlayıb. Bizim.Media-nın əldə etdiyi məlumata görə, rayon prokurorluğuna müraciət edən bir neçə vətəndaş yuxarı dövlət orqanlarına göndərdikləri şikayət məktublarının poçt müdiri tərəfindən açılaraq oxunduğunu bildiriblər. Sakinlərin sözlərinə görə, onların şikayətləri mərkəzi qurumlara çatmamış şikayət edilən qurum tərəfindən onlara təzyiq göstərilib. Məsələ ilə bağlı Qusar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma maddəsi ilə araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək. Geri qayıt |