Əsas Səhifə > Ana xəbər / Güney Press > “3400 mina qurbanına görə hələ heç kim Ermənistana “gözün üstə qaşın var” deməyib”
“3400 mina qurbanına görə hələ heç kim Ermənistana “gözün üstə qaşın var” deməyib”Bu gün, 11:14 |
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, bugünə qədər Qərbin, beynəlxalq təşkilatların mina terroruna görə Ermənistana təzyiq göstərməməsi də narahatverici məqamlardan biridir: “Nə qədər qəribə də olsa, Ermənistanın mina terroru nəticəsində 3400 vətəndaşımızın həlak olmasına, yaralanmasına görə heç bir beynəlxalq güc, beynəlxalq təşkilat, Qərb ölkələri İrəvana “gözün üstə qaşın var” deməyib, ona hər hansı təzyiq göstərməyib. Əvəzində Azərbaycana münasibətdə haqsız, ədalətsiz yanaşmalara şahid olmuşuq. Halbuki, işğalçının, təcavüzkarın, terorçunun kimliyi hər zaman göz önündə olub. Məhz bundan cəsarətlənən Ermənistan bu gün də mina terrorunu davam etdirməkdədir. xatırladaq ki, hələ də minalanmış ərazilərin dəqiq xəritələri Azərbaycana verilməyib. Ermənistanın mina terorunun qarşısını almaq üçün İrəvana beynəlxalq ictimaiyyətin, əlaqədar təşkilatların və qlobal güclərin təzyiq göstərməsi, Azərbaycanın çağırışlarını dəstəkləməsi vacibdir. Yalnız beynəlxalq ictimaiyyətin ciddi təzyiqi bu terrorun qarşısını ala bilər”. Geri qayıt |