Əsas Səhifə > Ana xəbər / Güney Press > Tamam! Banklar bizim pulumuzu qorumağa zəmanət vermir... BƏS BİZƏ NƏ OLUB?!!
Tamam! Banklar bizim pulumuzu qorumağa zəmanət vermir... BƏS BİZƏ NƏ OLUB?!!28-05-2025, 08:33 |
O daha sonra əlavə edib: "Bəli, bank sistemimiz bərbaddır. Ən azı bu suala cavab yoxdur ki, dələduzlar haradan bilir ki, filan vətəndaşın məhz filan bankda kartı var, onun nömrəsini necə tapır və s. Deməli, ən azı banklarımızın informasiya təhlükəsizliyi sistemi bərbaddır və məlumat bazası onlardan oğurlanır. Amma vətəndaşların da günahı danılmazdır: axı niyə sizə zəng vuran yoldankeçənə kart məlunmatlarınızı verirsiniz? Uzun müddətdir ki, ekspertlər, mətbuat, hüquq-mühafizə orqanları, banklar deyir ki, ay camaat, kart məlumatlarını heç kəsə verməyin, bank heç vaxt telefonla sizdən belə məlumat istəməz, aldanmayın! Amma yenə də hər yeni qurbandan soruşanda ki, məlumatın yox idi bu məsələ barədə, deyir ki, yox! Axı hamının telefonu, interneti, televizoru var. Belə çıxır ki, insanlarımız ciddi məlumatla tanış olmur, ancaq dedi-qodu, şou-biznes barədə oxuyur, bayağı verilişlər və “dambadurum”u seyr edir. Tam deqradasiya gedir..." Geri qayıt |