Əsas Səhifə > Ana xəbər / Güney Press > “Cəlilabad Broyler” ASC daha bir ili ZƏRƏRLƏ BAŞA VURDU

“Cəlilabad Broyler” ASC daha bir ili ZƏRƏRLƏ BAŞA VURDU


28-05-2025, 09:39

“Cəlilabad Broyler” ASC-nin 2024-cü il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb.

FED.az xəbər verir ki, şirkət ötən ili 154,9 min manat zərərlə yekunlaşdırıb. Bu xalis zərərin 88,6 min manat və ya 35,8% azalması deməkdir.

Broyler şirkəti 2023-cü ildə 177,5 min manat gəlir edib, xərcləri isə 336,9 min manat olub.

İllik müqayisədə gəlirlər 61,5 min manat (53%), xərclər isə 27,1 min manat (7,5%) artıb.

Broyler şirkətində əmək haqqı xərcləri isə 14,1 min manata yaxın (6,8 dəfə) artaraq 16,6 min manata yüksəlib.

Bundan əlavə şirkətin 2023-cü ildəki 12,9 min manatlıq icarə haqqı 2024-cü ildə olmayıb, amortizasiya xərcləri 44,4 min manat (14%) azalaraq 317,2 min manatı ötüb, 5,6 min manatlıq torpaq vergisi olduğu kimi qalıb, 24,8 min manatlıq əmlak vergisi xərcləri 2,9 min manat (11,9%) azalma ilə 24,8 min manata düşüb.

“Cəlilabad Broyler” ASC ötən il 7 milyon 57 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 1 milyon 809 min manat və ya 34,5% artıb.

Şirkətin öhdəlikləri 2 milyon 22 min manat (16,3 dəfə) artımla 2 milyon 154 min manata yüskəlib.

Balans kapitalı 4 milyon 903 min manat təşkil edib ki, bu da illik müqayisədə 234 min manat (4,5%) azalma deməkdir.


Geri qayıt