Əsas Səhifə > Ana xəbər / Güney Press > Araz Musayevin Türkiyədə bıçaqlanması ilə bağlı gizlədilən məqamlar
Araz Musayevin Türkiyədə bıçaqlanması ilə bağlı gizlədilən məqamlar29-05-2025, 11:47 |
Xəbər verdiyimiz kimi, Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev Türkiyədə bıçaqlanıb. Musavat.com xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən idman yarışında iki nəfərin hücumuna məruz qalan Araz Musayev bıçaq xəsarəti də alıb. Hücum anının görüntülərindən məlum olur ki, Araz Musayev əvvəlcə yumruq zərbəsi alaraq yerə yıxılır, ardınca isə ikinci şəxs ona bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçır. Hadisənin baş vermə səbəbi və iddialar... Əvvəlcə onu qeyd edək ki, son bir neçə aydır Araz Musayevlə Kikboksinq Federasiyası arasında qalmaqal yaşanırdı. Araz Musayev bildirirdi ki, rəhbəri olduğu federasiyanı onun əlindən almaq istəyirlər. Kinqboksinq Federasiyası isə bəyan edirdi ki, Muay Tay və Tayboksinq Federasiyası 2016-cı ildən onların tərkibinə qatılıb. Həmin qərara əsasən də Azərbaycan Kikboksinq Federasiyasının razılığı olmadan ölkə ərazisində, beynəlxalq Muay Tay idman təşkilatlarının keçirdiyi yarışlarda iştirak edən və bu yarışlarda nailiyyət əldə edən idmançıların nəticələri qeydə alınmayacaq. Araz Musayev bıçaqlanmadan bir gün əvvəl sosial şəbəkə hesabında da qalmaqallı paylaşım etmişdi. Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədova səslənərək onun üvanınan ittihamlar irəli sürmüşdü. Araz Musayev həmin çıxışında deyirdi: “Kikboksinq və uşusandanın uşaqlarını bizim üzərimizə yollamayın. Bu, Muay Tay idman növüdür. Burda Muay Tay idmançıları döyüşməlidir. Elnur Məmmədov bir qurup şəxsi bura yollayıb bizim idmançıların qarşısını almaq istəyir, ancaq buna baxmayaraq idmançılarımız üç rəngli bayraq altında qürurla qələbələrini sıralayırlar. Bu yarışda kikboksinq idman növünün idmançıları da Muay Tayın tərkibində çıxış edir”. Araz Musayevin bıçaqlanması ilə bu qalmaqallar gündəmə gəldi. Sosial şəbəkə istifadəçiləri bıçaqlanmanı bu hadisələrlə əlaqələndirdi. Lakin yerli mətbuatda hadisənin baş verməsinin səbəbi kimi başqa bir insident göstərildi. Maraqlıdır ki, yerli mətbuatda bəzi saytlar yazdı ki, Araz Musayevlə türkiyəli idmançı arasında mübahisə yaranıb. Arenada yaranmış mübahisə çempionatın təşkilatçıları tərəfindən yatırılıb və turnir davam edib. Həmin xəbərlərdə göstərilirdi ki, nahar fasiləsində türkiyəli nümayəndə heyətinin rəhbəri ilə Araz Musayev mübahisə edib və onlar arenanın binasından kənara çıxıb küçədə yenidən dalaşmağa başlayıblar. Lakin videogöntülər və Türkiyə mətbuatında dərc edilən məlumatlar fərqli oldu. Belə ki, hadisənin qeyd edildiyi kimi küçədə baş vermədiyi kamera görüntülərindən aydın olur. Digər bir məqam isə budur ki, görüntülərdə “dalaşmaq” müşahidə edilmir. Araz Musayev başqa şəxslərlə söhbət edərkən arxadan, yəni gözləmədiyi şəkildə ona hücum edilir. Türkiyə mediasının yazdığına görə isə Araz Musayevi bıçaqlayan şəxslər azərbaycanlı olub və onlar qaçmaq istəyərkən hava limanında saxlanılıb. Türkiyə mətbuatında isə hələki hüquq-mühafizə orqanların hadisənin baş verməsinin səbib ilə bağlı ilkin versiya dərc edilməyib. Araz Musayev kimdir? Muay Tay idman növü hansıdır? Geri qayıt |