Əsas Səhifə > Ana xəbər / Güney Press > Məsud Əfəndiyev müşavir təyin olundu
Məsud Əfəndiyev müşavir təyin olundu29-05-2025, 16:30 |
Azərbaycan elmi ictimaiyyətinin və beynəlxalq riyaziyyat elminin tanınmış simalarından biri, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) rektorun müşaviri vəzifəsinə təyin olunub. "DİA-AZ" xəbər verir ki, bu barədə universitetin Mətbuat Xidməti məlumat yayıb. "Bu təyinat ölkənin aparıcı mühəndis və memarlıq ali təhsil müəssisəsində akademik mühitin gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması və universitetin qlobal elmi şəbəkələrə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır", - məlumatda deyilir. Professor Məsud Əfəndiyevin elmi irsinə 180-dən çox beynəlxalq məqalə, dünyanın mötəbər nəşriyyatlarında çap olunmuş 8 kitab və yüksəkindeksli jurnallarda nəşr edilmiş tədqiqatlar daxildir. Məsud Əfəndiyev dünyanın bir sıra qabaqcıl elmi qurumlarının mükafatlarına - o cümlədən "Aleksander fon Humboldt" (Almaniya), "Japan Society for the Promotion of Science" (Yaponiya), "Otto Monsted" (Danimarka) və Kanadadakı Fields İnstitutunun ömürlük mükafatı kimi nüfuzlu təltiflərə layiq görülüb. O həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Geri qayıt |