Əsas Səhifə > Ana xəbər / Güney Press > ABŞ-nin region siyasətində dönüş: Azərbaycanla əməkdaşlıq genişlənir
ABŞ-nin region siyasətində dönüş: Azərbaycanla əməkdaşlıq genişlənir31-05-2025, 05:29 |
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlama verib: "ABŞ-Azərbaycan əlaqələri yeni mərhələdə inkişaf edir. Xüsusilə ABŞ senatının Azərbaycana səfəri, prezidentin onu yüksək səviyyədə qəbul etməsi, həmçinin dövlət katibliyinin Avropa və Asiya məsələləri üzrə rəsmi hissəsində xarici nazirlərlə görüşü təbii ki, ABŞ-nin regionla bağlı yeni siyasətində yeni bir prosesin başlanması kimi qiymətləndirilmək olar. Göründüyü kimi, əvvəlki administrasiyadan fərqli olaraq indiki administrasiya Azərbaycanla siyasi əlaqələrdə maraqlıdır. Cənubi Qafqaz siyasətində yeni bir baxış formalaşdırılır. Bu kimi səfərlər iki dövlət arasında münasibətlərdə yeni dinamikaya gətirib çıxaracaq. Azərbaycan da ABŞ-la münasibətlərin davamlı inkişafında maraqlıdır. Hətta Donald Trump da aprel ayında prezident İlham Əliyevə göndərdiyi məktubda siyasi əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb. Bu səfər ABŞ-nin regionla bağlı siyasətində müsbət bir prosesdir. Azərbaycanla münasibətlər yeni müstəvidə davam edəcək". Politoloq sonda ABŞ-Azərbaycan əlaqələrinin bundan sonrakı mərhələdə problemsiz olacağını bildirib. Geri qayıt |