Əsas Səhifə > Ana xəbər / Güney Press > Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…


Dünən, 12:14

Nikol Paşinyanın Azərbaycan xalqına Qurban bayramı təbriki və Azərbaycan ərazisinə azaraq keçmiş 2 erməni yeniyetmənin bir neçə saatdan sonra ailələrinə geri qaytarılması çox yaxşı addımlardır.

Axar.az xəbər verir ki. bu barədə siyasətçi Natiq Cəfərli bildirib.

O qeyd edib ki, bölgəmizdə “Şimal küləy”nin əsməsinin qarşısını ancaq belə addımlar, sülh müqaviləsinin imzalanmasından sonra Türkiyə ilə Ermənistan sərhəddinin açılması ala bilər:

“Türkiyənin bölgədə daha da güclənməsi “Şimal küləyi”nin qarşısını kəsən divardır.

Ermənistana bizim bölgədə “təhlükəsizlik çətiri”ni Rusiya, Fransa, Hindistan və s. verə bilməz, belə zəmanəti ancaq Türkiyə-Azərbaycan tandemi təmin edə bilər və rəsmi İrəvan, Ermənistan vətəndaşları bunu gec-tez anlayacaqlar”.


Geri qayıt