Əsas Səhifə > Ana xəbər / Güney Press > Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdir
Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdirBu gün, 12:22 |
"Fransanın Gorusdakı konsulluğu Qərb üçün hərbi və kəşfiyyat məqsədlərinə xidmət edəcək".
Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Zeynal Əmralıyev deyib.
Ekspert bildirib ki, Fransanın məhz həmin ərazidə konsulluq açması əsasən üç səbəbə görədir:
"İlk növbədə rəsmi Parisin reallaşmasını istəmədiyi Zəngəzur dəhlizi prossesinə mane olmaq üçün atılmış addımdır. Sünik vilayəti Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasının ortasında yerləşir. Zəngəzur dəhlizi layihəsinin əsas mərkəzi məhz buradır. Bu baxımdan Sünik vilayəti təkcə Ermənistan üçün yox, həm də Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Təbii ki, bu məsələ Zəngəzur dəhlizinin açılmasına mane ola bilməz. Orada hansı ölkənin diplomatik nümayəndəliyinin yerləşməsindən asılı olmayaraq Ermənistan üzərinə götürdüyü öhdəliyə riayyət etməlidir. Rəsmi Parisin bu yolla prosesə mane olmaq gücü yoxdur. İkinci önəmli məsələ isə Fransanın bununla Rusiyaya qarşı əzələ nümayişidir. Rəsmi Moskva 2023-cü ildə Sünik vilayətində konsulluq açmaq istəsə də, Ermənistan rəhbərliyi buna icazə verməmişdi. Ancaq Fransaya dərhal yaşıl işıq yandırdı".
Analitik hesab edir ki, Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdir:
"Xüsusilə 2026-cı ildə keçiriləcək parlament seçkilərinə az qalmış və rusmeyilli müxalifətin güclənməsi fonunda baş verən hadisələr Ermənistanın Rusiyaya "strateji xəyanəti" kimi də başa düşülə bilər. Məsələnin üçüncü tərəfi isə İranla bağlıdır. Rəsmi Tehran dəfələrlə Ermənistanın kenar dövlətləri regiona gətirməsindən narahat olduğu üstüörtülü şəkildə bəyan edib. İran - Ermənistan sərhədində Fransa konsulluğunun açılması ikitərəfli əlaqələrin bir qədər gərginləşməsinə səbəb ola bilər. Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət kənar qüvvələri Cənubi Qafqaza gətirməklə bölgədə vəziyyəti gərginləşdirir. İrəvanın bu addımı bölgədə sülh və sabitliyin qorunub saxlanması yolunda əsas maneələrdən biridir".
Geri qayıt |