Əsas Səhifə > Ana xəbər / Güney Press > “FinEx Kredit” BOKT-un strukturu dəyişdi və rəhbəri dəyişdi

“FinEx Kredit” BOKT-un strukturu dəyişdi və rəhbəri dəyişdi


13-06-2025, 16:52

“FinEx Kredit” BOKT ASC-nin idarəetmə strukturunda dəyişiklik aş verib və BOKT bundan sonra kollegial idarəetmədən təkbaşına rəhbərliyə keçid edib.

Banker.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən, İdarə Heyəti icra orqanı ləğv edilib və BOKT-yə Leyli Məmmədova Calal qızı müvəqqəti olaraq təkbaşına rəhbər təyin edilib.

Buna qədər İdarə heyətinin sədri Rəfail Hacıyev Qiyas oğlu idi.

Xatırladaq ki, “FinEx Kredit” BOKT 2013-cü ildə yaradılıb və 1.494 mln. manat nizamnamə kapitalı var.


Geri qayıt