Əsas Səhifə > Ana xəbər / Güney Press > Gədəbəyin kəndləri boşalır!: Naşir həyəcan təbili çaldı
Gədəbəyin kəndləri boşalır!: Naşir həyəcan təbili çaldıBu gün, 09:56 |
Gədəbəydə olan “Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu buradakı yaşayış məntəqələrinin boşaldığını narahatlıqla dilə şətirib. “İnsanlar daha yaxşı təhsil, səhiyyə, iş və yaşayış şəraiti üçün şəhərlərə köçürlər. Dağlıq və sərhəd kəndlərində iqtisadi imkanlar çox məhduddur - iş, infrastruktur, xidmət yoxluğu bu kəndlərin boşalmasına səbəb olur. Gədəbəydə turizm sahəsinə investisiya demək olar ki, qoyulmayıb, gənclərin əylənə biləcəyi məkanlar, normal tibbi xidmət, dərman ala biləcəkləri aptek yoxdur. Kəndlərdə mavi qazın olmaması, işığın fasilələrlə verilməsi yaşayışı çətinləşdirir”, - deyə gədəbəylilər bildiriblər. Geri qayıt |