Əsas Səhifə > Ana xəbər / Güney Press > “İsrail dostumuz, İran da qapıbir qonşumuzdur...”

“İsrail dostumuz, İran da qapıbir qonşumuzdur...”


Dünən, 11:44

“Azərbaycan Prezidenti, Azərbaycan xalqı sülh tərəfdarıdır, Azərbaycan sülh ölkəsidir. Heç kimin müharibə etməsini istəmərik. İsrail dostumuzdur. Qarabağ məsələsində həmişə yanımızda olub. İran da yaxın, qapıbir qonşumuzdur. İranda 40 milyona yaxın azərbaycanlı yaşayır. İstəmərik ki, iki ölkə bir-birini dağıtsın”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib.

Deputat müharibənin gedişatının nə ilə nəticələnəcəyi barədə isə bunları deyib: “Mən peyğəmbərlik edə bilmərəm. Belə gedə bilməz. Yəqin ki, danışıqlar olacaq, diplomatiyaya üstünlük veriləcək”.


Geri qayıt