Əsas Səhifə > Ana xəbər / Güney Press > Lerikə yeni prokuror təyin edilib

Lerikə yeni prokuror təyin edilib


Dünən, 16:02

Lerikə yeni prokuror təyin edilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Şahin Şükürov Lerik rayon prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki,2007-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Şahin Şükürov əvvəllər Ağcabədi, Şəmkir və Suraxanı rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, habelə Baş Prokurorluğun müxtəlif idarələrində idarə və şöbə prokuroru vəzifələrində işləyib.


Geri qayıt