Əsas Səhifə > Ana xəbər / Güney Press > Meyiti tapılan yeniyetmə Elgünlə eyni məktəbdə oxuyurmuş
Meyiti tapılan yeniyetmə Elgünlə eyni məktəbdə oxuyurmuşBu gün, 10:47 |
Ötən gün Gəncə şəhərində yeniyetmə oğlanın meyiti tapılıb. Hadisə şəhərin “Mahrasa bağları” adlanan ərazisində qeydə alınıb. 2010-cu il təvəllüdlü Ümid Niftəliyevin meyitini qardaşı avtomobil təmiri sexində aşkar edib. Yeniyetmənin hansı səbəbdən və hansı şəraitdə ölməsi hələlik məlum deyil. "Qafqazinfo.az" xəbər verir ki, dünyasını dəyişən Ümid Niftəliyev Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi imiş. Onun təmir sexində qardaşının yanında usta köməkçisi kimi işlədiyi və orada müəmmalı şəraitdə öldüyü bildirilib. Hadisə ilə bağlı şəhər prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, ötən ay Gəncədə istifadəsiz qalmış binadan yıxılaraq ölən 18 yaşlı Elgün İbrahimov da sözügedən məktəbdə təhsil alırdı. Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Geri qayıt |