Əsas Səhifə > Ana xəbər / Güney Press > Naxçıvan Konstitusiyasında Moskva və Qars müqavilələri OLMAYACAQ

Naxçıvan Konstitusiyasında Moskva və Qars müqavilələri OLMAYACAQ


Bu gün, 10:39

Naxçıvan Konstitusiyasına dəyişiklik layihəsi iyunun 21-də Milli Məclisin plenar iclasında müzakirə ediləcək.

Naxçıvanda seçkiləri Prezident təyin edəcək - Konstitusiya dəyişir

Layihədə konstitusiyanın preambula hissəsinə də dəyişiklik nəzərdə tutulub.

Layihəyə əsasən, preambulanın birinci və ikinci abzasları ləğv edilir. Birinci abzas 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri bağlıdır.

Həmçinin birinci maddənin ikinci hissəsində də Moskva və Qars müqavilələrin adları çıxarılır. Yeni dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası müəyyən edəcək.

Qeyd edək ki, layihə bundan əvvəl Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilib, ötən gün isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən müzakirə edilib. Layihə bu gün Milli Məclisin rəsmi saytında dərc olunub.

Konstitusiyada Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi də öz yerini tapıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş vəzifələri yerinə yetirən icra orqanıdır.

Konstitusiyada ən mühüm dəyişikliklərdən biri isə Ali vəzifəli şəxs statusunun ləğv edilməsi ilə bağlıdır.

Modern.az


Geri qayıt