Əsas Səhifə > Ana xəbər / Güney Press > Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır
Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılırBu gün, 10:23 |
Bakı şəhəri Binəqədi rayon Ceyhun Hacıbəyli 151 ünvanında yerləşən obyektdə qanunsuz tikinti aparılmaqla bərabər, həmdə ərazidə olan ağaclar zədələnib.
Paytaxtın Binəqədi rayon Ceyhun Hacıbəyli 151 ünvanında, Azərbaycan Dillər Universitetinin (ADU) 1 saylı yataqxanasının yanında yerləşən icarəyə götürülən obyektdə qanunsuz tikinti işlərinin aparıldığı bildirilir.
AzFakt.com-a göndərilən kadrlarda icarəyə götürülən obyektin içərisində tikinti işlərinin aparıldığı aydın şəkildə görsənir. Həmçinin aparılan tikinti işlərində bir ədəd ağac zədələnib. Tikintiyə obyekti icarəyə götürən sahibkarın Fərid adlı qohumunun rəhbərlik edir.
Məsələ ilə bağlı obyekti icrayəyə götürən sahibkar saytımıza bildirdi ki, heç bir tikinti işləri aparmır, sadəcə olaraq obyektin içərisini betonlayırıq.
Geri qayıt |