Əsas Səhifə > Ana xəbər / Güney Press > “CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olub
“CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olubBu gün, 11:37 |
BƏƏ-nin CFI investisiya şirkətinin Azərbaycandakı törəməsi “CFİ Financial İnvestisiya Şirkəti” QSC-nin (əvvəlki “AzFinance İ.Ş.”) Müşahidə Şurasına iki üzv seçilib. Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Mazin Abbas və Karim Malas Müşahidə Şurasının üzvləri seçilib. Müşahidə Şurasının sədri isə İlqar Rüstəmbəyli Tofiq oğludur. Xatırladaq ki, “AzFinance Investment Şirkəti” ötən ilin avqust “CFI Financial Group”a satıldıqdan sonra rebrendinqini elan edib və “CFI Financial İnvestisiya Şirkəti”nə çevrilib. Geri qayıt |