Əsas Səhifə > Ana xəbər / Güney Press > “Coffeemania Next” külli miqdarda vergi borcu üzə çıxdı

“Coffeemania Next” külli miqdarda vergi borcu üzə çıxdı


Bu gün, 07:04

Xəbər verdiyimiz kimi, Bakıdakı məşhur restoranlar şəbəkələrindən biri olan “Coffeemania Next” (Coffeemania Next Məhdud Məsuliyyətli Cəmiyyəti) əhalı ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması səbəbilə 1000 manat məbləğində maliyyə sanksiyası ilə üzləşib.

32gun.az-ın əldə etdiyi yeni məlumata görə, “Coffeemania Next” MMC-nin hazırda dövlətə olan vergi borcu 149.101,39 manat təşkil edir.

Qeyd edək ki, şirkətin nizamnamə kapitalı cəmi 10 manat, qanuni təmsilçisi isə Anar Əkbərov Nizami oğludur.

Vergi Məcəlləsinə əsasən, vergi borcu olan kommersiya subyektləri müəyyən hallarda dövlət satınalmalarında iştirak edə bilməz və bu borcun uzun müddət ərzində qapadılmaması hüquqi məsuliyyət yarada bilər.


Geri qayıt