Əsas Səhifə > Ana xəbər / Güney Press > Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək...
Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək...Bu gün, 09:50 |
“Ermənistan baş naziri Nikol Paşinyanın təqdim etdiyi “sülh kəsişməsi” Zəngəzur dəhlizinə alternativdir. Çünki Zəngəzur dəhlizinin qarşısını almaq istəyirlər. “Sülh kəsişməsi” Azərbaycanın maraqlarına ziddir. Ermənistan öz ərazisindən Azərbaycan ərazisinə gedən yolun, dəhlizin qarşısını almaq üçün əlindən gələni edir. Zəngəzurda olan təhlükənin tam qarşısını almaq və dövlətini sığortalamaq üçün çalışır”.Bu barədə Bizimyol.info xəbər portalına “Ağ partiya” başqan müavini Əhəd Məmmədli danışıb. Siyasi şərhçi qeyd edib ki, bu məsələdə Ermənistanın iqtisadi maraqları da var və Ermənistan bu ərazidən pay götürmək niyyətindədir. “Eyni zamanda bir güllə ilə iki dovşan vurmaq istəyir. Həm də Zəngəzur dəhlizi məsələsini birdəfəlik arxivə atmaq istəyir və buna qətiyyən yol vermək olmaz. Ümumiyyətlə, biz Zəngəzur məsələsində çox dirənişli olmalıyıq. Müasir dünya dirənişli olmağı tələb edir. Rusiya Ukraynaya hücum eləməkdə davam edir. Təzyiqlər, sanksiyalar və Rusiyanın ərazisinə hücumlar olmasına baxmayaraq Rusiya dirənişlidir və Ukraynada irəliləməkdə davam edir. İsrail maksimum dirəniş göstərir. Müqavimət göstərmək, irəliləmək lazımdır. Biz Qarabağı azad etdik. Beynəlxalq hüquq var. Deyirik ki, “sülh müqaviləsi imzalayaq”. Biz bunu edə bilərik. 15-20 il sonra, Ermənistan özünə gələndən sonra, növbəti iqtidar olandan sonra bunlar yenə ərazi iddiaları, revanşizm və s. bizim üstümüzə gələcəklər. Biz Ermənistanı elə bir vəziyyətə salmalıyıq ki, Ermənistan bir də bunu ağlına belə gətirməsin”-deyə politoloq vurğulayıb. “Biz Zəngəzuru tarixi torpağımız, özümüzü də Cümhuriyyətin varisi adlandırırıq. Cümhuriyyətin ərazisi indiki ərazimizlə eyni deyil. Krım məsələsinə nəzər salaq. Ruslar deyir ki, Rusiyada 50 il bundan qabaq Xuruşov Krımı Ukraynaya verib, biz özümüzə qaytarmalıyıq. Onlar bu iddianı ortaya qoya bilir. Bəs biz? Amma 100 il bundan qabaq Nərimanovun Zəngəzuru ermənilərə verməsinə göz yumuruq? Təbii ki, Nərimanov bunu Moskvanın diqqətsi ilə edib. Amma biz buna niyə göz yummamalıyıq? Biz də Zəngəzur iddiasını ortaya qoymalı və üstünə getməiyik”-deyə Əhəd Məmmədli qeyd edib. Geri qayıt |