Əsas Səhifə > Ana xəbər / Güney Press > Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR?

Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR?


Bu gün, 09:25

“Ən yeni tarixdə beynəlxalq təşkilatların ikili standartları, bir çox ölkələrə qarşı tətbiq olunan ədalətsiz yanaşmadır və bu bir sıra ölkələrə qarşı sistemli davam etdirilir. Bu həmçinim beynəlxalq təşkilatları hörmətdən salır, beynəlxalq münasibətlərin oyunçusu kimi nüfuzlarının aşağı düşməsində əsas faktor kimi çıxış edir. Bu, ən yeni tarixdə artıq təəccüblənməli olan bir şey deyil. Bir sıra ölkələr var ki, beynəlxalq təşkilatlar onlara qarşı həddindən artıq səssiz qalır, baş verən prosesləri görməzdən gəlirlər. Həmin ölkələrdən biri də Ermənistandır. Demək olar, monoetnik bir ölkədə ictimai-siyasi həyatın bütün spektrləri üzrə - istər siyasi, istərsə də dini təmayüllü icmalara mərkəzi hakimiyyət tərəfindən təzyiqlər edilir, həbslər olur. Xüsusilə, media işçilərinə qarşı ciddi təzyiqlər var. Bunlar, sadəcə, epizodik məsələlər deyil, Ermənistanın mövcud hakimiyyətinin sistemli media siyasətidir. Onlar bu kimi addımlar atmaqla, daxildə bütün icmalara təzyiq etməklə özlərinə qarşı müqaviməti, fərqli fikirliliyi boğmağa çalışırlar”.

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

“Bu proses Ermənistan üçün həmişə xarakterik olsa da, artıq bir neçə ildir, artan xətt üzrə davam edir, amma Avropa Şurası, ATƏT və digərləri bu mövzuları görməzdən gəlirlər. Hazırda Ermənistan daxilində dini icmaya qarşı hücumlar, birmənalı olaraq həm dini, həm də fərqli siyasi baxış üzərindən təzyiqlər aparılır. Xüsusilə, dini icmalara qarşı təzyiqlər dini və vicdan azadlığı, dini ayrı-seçkilik Ermənistanın öhdəlik olaraq götürdüyü beynəlxalq konvensiyalara zidd addımlardır. Eyni zamanda BMT-nin, ATƏT-in, insan haqlarının müdafiəsinə cavabdeh olan təsisatların bütün fundamental sənədlərinə, konvensiyalara ziddir. Beynəlxalq təşkilatlar isə Ermənistanın buna haqqı varmış kimi davranırlar. Bu ikili standartlar zaman-zaman həmin beynəlxalq təşkilatların özlərinə qarşı ciddi arqument kimi rəqib qrupları tərəfindən istifadə olunur. Xüsusilə, Avropa Şurasının dini azadlıqlarla bağlı iş üzrə təsisatlarının bu istiqamətdə səssizliyi, ümumiyyətlə, anlaşılan deyil. Bu isə Ermənistan hakimiyyətinə dini azlıqları, siyasi fərqlilikləri, fikir ayrılıqlarını boğmaq üçün kart blanş verir. Nəticədə, ölkə daxilində 21-ci əsrdə ciddi repressiyalar həyata keçirilməkdədir. Artıq bir neçə gündür, əlliyə yaxın şəxs həbs olunub. Həbs edilənlər arasında sadə siyasi fəallar olmaqla paralel , dini liderlər, siyasi partiya, icma rəhbərləri və digərləri var”, — o bildirib.


Geri qayıt