Əsas Səhifə > Ana xəbər / Güney Press > "Gəncə Memorial Hospital"da DVX ƏMƏLİYYAT KEÇİRDİ
"Gəncə Memorial Hospital"da DVX ƏMƏLİYYAT KEÇİRDİDünən, 08:48 |
"Gəncə Memorial Hospital" MMC-yə qarşı operativ vergi nəzarəti çərçivəsində maliyyə sanksiyaları tətbiq edilib. 32gun.az-ın əldə etdiyi məlumata görə, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqaviləsinin bağlanmaması ilə bağlı tərtib olunmuş AKT-a əsasən müəssisə 6000 manat məbləğində cərimələnib. Eyni zamanda, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı üzrə də 1000 manat maliyyə sanksiyası tətbiq olunub. Əldə etdiyimiz digər məlumata görə, MMC-nin dövlət büdcəsinə olan vergi borcu 112401.12 manat təşkil edir. Şirkətin nizamnamə kapitalı cəmi 10 manat, qanuni təmsilçisi isə Vüsal Sadıqov Şahbaz oğludur. Geri qayıt |