Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakının mərkəzində Rusiya təhlükəsi
Bakının mərkəzində Rusiya təhlükəsiBu gün, 06:29 |
Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, dövlətin bu prosesə necə reaksiya verəcəyi, tədbirlərin təxirə salınmasının müvəqqəti xarakter daşıyıb-daşımaması, yoxsa daha sərt və uzunmüddətli qərarların qəbul olunması yaxın gələcəkdə ölkənin mədəni siyasətində əhəmiyyətli dönüş nöqtəsi ola bilər: “Rusiyanın Azərbaycandakı mədəni təsir dairəsinin genişlənməsi, yalnız rusdilli məktəblərlə məhdudlaşmayaraq, həm də geniş əyləncə və mədəniyyət sahələrində özünü göstərməkdədir. Bu isə ölkənin mədəni müstəqilliyi və ictimaiyyətin milli şüurunun qorunması baxımından diqqət tələb edir. Cəmiyyətdə aydın suallar yaranıb Müasir beynəlxalq münasibətlərdə ziddiyyətlərin səthi deyil, çoxqatlı mahiyyətini anlamaq zərurəti getdikcə daha da aktuallaşır. Xüsusən də iki ölkə arasında həm tarixi bağlar, həm də siyasi gərginliklər fonunda baş verən hadisələr bu həqiqəti daha da qabarıq şəkildə üzə çıxarır. Və təbii ki, soydaşlarımıza qarşı davamlı diskriminasiya hallarının baş verməsinə, işgəncələrə məruz qalmasına, qətlə yetirilmələrinə yol açan hadisələrin cəmiyyətdə bir sıra məntiqi sualları yaranır: Rusiyada azərbaycanlılara qarşı diskriminasiya halları müşahidə olunarkən, Azərbaycanda rus mədəniyyətinə həsr olunmuş tədbirlərin keçirilməsi nə dərəcədə doğrudur? Rus ədəbiyyatı Rusiyanın deyil… Bu sual emosional deyil, əksinə, milli şüurun və ictimai məsuliyyətin ifadəsidir. Lakin izahı da bir o qədər düşünülmüş və strateji olmalıdır. Əvvəla, Rusiya Federasiyasında yaşayan azərbaycanlılar zaman-zaman mədəni, etnik və siyasi ayrı-seçkiliyin ən müxtəlif formalarına məruz qalır. Bu, təkcə fərdi hallar yox, həm də sistematik yanaşmalar fonunda baş verir. Soydaşlarımızın etnik kimliyə görə təzyiqlərə məruz qalmaları faktları tez-tez qeydə alınır. Azərbaycan dövləti bu hallara susmur, qətiyyətli mövqe nümayiş etdirir. Lakin bu mənzərə Azərbaycanın daxilində həyata keçirilən mədəniyyət siyasətinə kölgə sala bilməz. Azərbaycanda keçirilən mədəni tədbirlər təkcə siyasi deyil, həm də humanitar xarakter daşıyır. Bu tədbirlər xalqlar arasında dialoqu, qarşılıqlı anlaşmanı və ortaq mədəni dəyərlərin qorunub saxlanmasını hədəfləyir. Bizim üçün rus ədəbiyyatı, rus teatrı yalnız Rusiya dövləti ilə bağlı deyil, bu, dünya sivilizasiyasının bir parçasıdır”. Elçin Mirzəbəyli deyib ki, burada əsas prinsip aydındır – biz ayrı-seçkiliyə qarşıyıq, lakin mədəniyyətlərarası körpüləri də yandırmırıq: “Mədəni diplomatiya ölkələrin deyil, xalqların təmsilçisidir. Əgər biz öz dövlətimizdə fərqli dillərin, mədəniyyətlərin yaşamasına şərait yaradırıqsa, bu, Azərbaycanın zəifliyi deyil, əksinə, gücüdür. Çünki zəif dövlətlər qapalı olur, güclü dövlətlər isə özünə güvənərək açıq qalır. Eyni zamanda, biz rus mədəniyyətinə açıq olmaqla rus siyasi ritorikasına da təslim olmuruq. Bu iki fərqi ayırd edə bilmək isə həm strateji düşüncə, həm də diplomatik mədəniyyət tələb edir. Azərbaycanın bu məsələdə nümayiş etdirdiyi mövqe nə susmaqdır, nə də düşmənçilik. Bu, tarazlığı qorumaq, haqqı demək və dialoqu davam etdirmək fəlsəfəsidir. Qətliam yaşanıb… Azərbaycanın beynəlxalq imici, onun multikultural dəyərlərə sadiqliyi, mədəni müxtəlifliyi qorumaq iradəsi bizim milli kimliyimizin ayrılmaz hissəsidir. Rusiyada azərbaycanlılara qarşı ayrı-seçkilik hallarına qarşı çıxmaqla yanaşı, rus xalqının mədəni irsini dəyərləndirmək bu siyasətin məhz balanslı və düşünülmüş formada həyata keçirildiyinin sübutudur. Bununla yanaşı, hazırda baş verən hadisələrin fonunda mədəni-kütləvi tədbirlərin təxirə salınmasını da tamamilə doğru hesab edirəm. Soydaşlarımızın yaşanan qətliamın, zorakılığın acısını çəkdikləri bir zamanda belə tədbirlərin keçirilməsi yolverilməzdir”. Geri qayıt |