Əsas Səhifə > Ana xəbər / Güney Press > BU NƏDİ BELƏ: Gələn ilə daha bir VERGİ ZƏRBƏSİ...

BU NƏDİ BELƏ: Gələn ilə daha bir VERGİ ZƏRBƏSİ...


Bu gün, 09:03

"6 aydan sonra, yəni 2026-cı ilin yanvarın 1-dən əmək haqqından gəlir vergisi tutulmağa başlayacaq. Xatırladıram ki, 2019-cu ildən etibarən 7 il müddətinə bu vergi üzrə güzəşt tətbiq olunur: yalnız 8000 manatdan yuxarı olan maaşdan 14% vergi tutulur..." "DİA-AZ" xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib.

O daha sonra olduqca aktual olan məsələ ilə bağlı aşağıdakıları bildirib: "Yeni ildən isə maaşın 2500 manatadək hissəsindən 14%, ondan çox olan hissəsindən isə 25% vergi tutulacaq. Güzəştin müddətinin uzadılması barədə söz-söhbət yoxdur. Halbuki, büdcə paketi (o cümlədən Vergi Məcəlləsinə düzəlişlər layihəsi) hazırdır və həmişəki kimi hökumət daxilində ictimaiyyətdən gizli müzakirə olunur. Nəzərə alsaq ki, büdcəni doldurmaq üçün vergi orqanı dəridən-qabıqdan çıxır (nəinki sahibkarlara əsassız vergilər hesablayıb tələb edir, hətta sadə vətəndaşlara ƏDV-nin hissəsinin qaytarılmasından da müxtəlif bəhanələrlə yayınır), böyük ehtimalla güzəştin müddəti uzadılmayacaq. Ya da uzaqbaşı qısa müddətə uzadılacaq. Və ya yəqin ki, ictimaiyyətin xahişi ilə güzəşt qismən (məsələn, 14% əvəzinə 7% tutulacaq və ya belə bir şey) uzadılacaq. Odur ki, gəlin ictimaiyyət olaraq artıq indidən hökumətdən soruşaq: yeni ildə bizi nə gözləyir? Real gəlirlərin azalması, qiymətlərin isə artması fonunda yeni ildən bu vergini də xərc kimi göz özünən alaq, ya yox?"


Geri qayıt