Əsas Səhifə > Ana xəbər / Güney Press > "Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi"
"Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi"Bu gün, 09:24 |
“Yekaterinburq şəhərində Rusiyanın amansız güc strukturlarının qətlə yetirdiyi qardaşlarımın Bakıya gətirilmiş cəsədlərinin tanınması üçün dəvət olunduğum və iştirak etdiyim məhkəmə tibbi ekspertizisiyası zamanı gördüyüm mənzərə məni daha da dəhşətə gətirdi”. Bu barədə APA-ya Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən şəxslərin qardaşı, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli məlumat verib. “Onların bədənindəki çoxsaylı ölümcül işgəncə izləri Rusiya tərəfinin qardaşlarımın ölüm səbəbi barədə uydurub yaydığı xəbərin tamamilə cəfəngiyyat olduğunu danılmaz şəkildə sübut edir”, - o əlavə edib. Geri qayıt |