Əsas Səhifə > Ana xəbər / Güney Press > Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub
Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olubDünən, 11:56 |
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib. Banker.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin əmri ilə bu vəzifəyə Faiq Hüseynov təyin edilib. O, iyul ayından etibarən vəzifəsinin icrasına başlayır. Faiq Hüseynov 1993-cü ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Dünya iqtisadiyyatı üzrə bakalavriat, ADA Universitetində Biznesin təşkili və idarə edilməsi üzrə magistratura təhsili alıb. “Yüksəliş” müsabiqəsinin qalibidir. F.Hüseynov 2024-cü ilin oktyabrından 2025-ci ilin iyun ayına qədər Aqrar Sığorta Fondunun Daxili audit xidmətinin rəhbəri vəzifəsində çalışıb. Bundan öncə isə Faiq Hüseynov “Səba” şirkətinədə çalışıb və Baş maliyyə inzibatçısı (CFO) vəzifəsinə qədər yüksəlib. Nizamnaməyə görə, “Aqrar Tədarük və Təchizat” İdarə Heyəti Cəmiyyətə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti 3 üzvdən ibarətdir. Geri qayıt |