Əsas Səhifə > Ana xəbər / Güney Press > Agentlik sədri onu departament müdiri təyin etdi

Agentlik sədri onu departament müdiri təyin etdi


Dünən, 12:28

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub.

Bununla bağlı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Hacıyev Elmar Əliman oğlu Sənədlərlə iş və vətəndaş qəbulu departamentinin müdiri təyin edilib.

Qeyd edək ki, E.Hacıyev bundan əvvəl adıçəkilən departamentin müdir müavini idi.

Mənbə Unikal.az

Geri qayıt