Əsas Səhifə > Ana xəbər / Güney Press > İrəvanda gözlənilməz qərar: Moskva Ankara ilə əvəzləndi

İrəvanda gözlənilməz qərar: Moskva Ankara ilə əvəzləndi


Bu gün, 10:14

Ermənistan indi Zəngəzur dəhlizi məzələsində ümidini İrana bağlayıb. İrəvan, həmçinin Ankaraya yaxınlaşaraq Bakıdan müdafiə olunmağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Narine Mkrtçyan deyib.

O, Ermənistanın xarici siyasətində Rusiyanı Türkiyə ilə əvəzlədiyini bildirib:

“Artıq İrəvanın xarici tərəfdaşlarını Ankara seçir. Ermənistan eyni zamanda həm Avropa İttifaqı (Aİ), həm BRİKS, həm də Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmağa çalışır. Rusiya əleyhinə mövqedən çıxış edir, amma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqında (Aİİ) da qalmağa davam edir. Hökumətin hazırda əsas məqsədi Moskvanı və ona bağlı müxalifəti ölkədən çıxarmaqdır.

Beləliklə, əvvəllər olduğu kimi yenə Türkiyə və Rusiya Ermənistanla bağlı razılığa gələcəklər, Qərb də parçalanmamızı izləyəcək. “Erməni soyqırımı”nı inkar edirlər, sürətlə parçalanmağa doğru gedirik”.


Geri qayıt