Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlətin də payı olduğu aqrar şirkətin direktoru dəyişdi
Dövlətin də payı olduğu aqrar şirkətin direktoru dəyişdiBu gün, 10:59 |
“Xəzər Beynalxalq İnvestisiya Şirkəti” QSC-nin əsas səhmdarı olduğu “A Agro” MMC-nin direktoru dəyişdirilib. Banker.az xəbər verir ki, Məmməd Əliyev Ruslan oğlu şirkətin direktoru təyin edilib. O, bu vəzifədə Seymur Nəsibov Hamlet oğlunu əvəz edib. Xatırladaq ki, “A Agro” MMC – 2010-cu ilin mart ayında, XBİŞ ölkədə ən iri kahı istehsalçılarından biri ilə birləşib Bakı ətrafında yerləşən “A Agro” şirkətinin təməlini qoyub. Şirkətin 2 264 023 manat nizamnamə kapitalı var. Şirkət keytrinq və restoran biznesində fəaliyyat göstərən bir çox şirkətlərnən uğurlu əməkdaşlıq bağları qurub. Ortaq: Hüquqi şəxs. XBİŞ-in payı 68%-dir. Geri qayıt |