Əsas Səhifə > Ana xəbər / Güney Press > Arif Mehdiyev “Kapital Bank”ın Hüquq departamentinin direktoru
Arif Mehdiyev “Kapital Bank”ın Hüquq departamentinin direktoruBu gün, 12:01 |
Arif Mehdiyev “Kapital Bank” ASC-nin Hüquq departamentinin direktoru vəzifəsinə təyin olunub. FED.az xəbər verir ki, bu barədə məlumat LinkedIn sosial şəbəkəsində paylaşılmışdır. Bankçılıq və fintex sahələrində 18 ildən artıq təcrübəyə malik olan Arif Mehdiyev peşəkar fəaliyyətinə 2008-ci ildə “Bank of Baku” ASC-də başlamış, burada 11 il müddətində müxtəlif vəzifələrdə, o cümlədən direktor müavini kimi çalışmışdır. 2019-cu ildən “Kapital Bank” ASC-nin Korporativ hüquq şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmiş, sonradan Hüquq departamentinin direktor müavini təyin edilmişdir. 2023-cü ildən etibarən Arif Mehdiyev Azərbaycanın aparıcı fintex şirkətlərindən olan “PashaPay” MMC-nin Hüquq departamentinin rəhbəri vəzifəsini icra etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından hüquq üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetindən isə Beynəlxalq Biznes ixtisası üzrə magistr (MBA) dərəcələrinə malikdir. Həmçinin, 2019-cu ildə Boğaziçi Universitetində MBA proqramını uğurla tamamlamışdır. Arif Mehdiyev Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Kollegiyanın Biznes Hüququ Komitəsinin üzvüdür. İndi o, “Kapital Bank” ASC-də Hüquq departamentinin direktoru vəzifəsini icra edəcək. Geri qayıt |