Əsas Səhifə > Ana xəbər / Güney Press > Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub

Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub


Bu gün, 12:59

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə yeni müdir təyinatı olub.

“Report”un əldə etdiyi məlumata görə, bu posta Vasif Qurbanzadə təyin edilib.

Mədəniyyət Nazirliyi təyinat xəbərini “Report”a təsdiq edib:

“Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb”, - soğruya cavabda qeyd olunub.

Vasif Qurbanzadə bu vəzifədə Akif Maariflini əvəz edib.

O bundan öncə nazirliyin Dağlıq Şirvan Regional İdarəsində rəis kimi çalışıb.

Akif Maarifli isə bir müddət öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbər təyinatı alıb.


Geri qayıt