Əsas Səhifə > Ana xəbər / Güney Press > 'Azəriqaz'da yüksək posta YENİ TƏYİNAT
'Azəriqaz'da yüksək posta YENİ TƏYİNATBu gün, 05:58 |
AZƏRİQAZ-da yüksək vəzifəyə yeni təyinat olub.Ajans.az-ın əldə etdiyi məlumata görə, AZƏRİQAZ-da yeni təyinat olub. Fərhad Mədətov Baş Direktorun maliyyə üzrə müavini təyin edilib. Onun haqqında məlumatı Ajans.azsizlərə təqdim edir: Mədətov Fərhad Əminağa oğlu 2 iyun 1979 cu ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Bakı şəhəri 5 saylı orta məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinə daxil olub. 2001-ci ildə həmin universiteti bakalavr və maqistr dərəcələr ilə bitirib. 2002-ci və 2003-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olub. Azərbaycanın ərazi bütovlüyü uğrunda İkinci Qarabağ Müharibəsinin veteranıdır. Zəngilanın azad olunmasına görə, Cəbrailin azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunub. Ehtiyatda olan zabitdir. Fərhad Mədətov 08/2006- 03/2007 European Tobacco Baku ASC-də böyük mühasib 03/2008 – 12/2017 Agro-Azərinvest MMC-də Maliyyə Departamentinin Direktoru 12/2017- 12/2019 Gilan Holding-də Qrupun Maliyyə Nəzarətçisi 12/2019- 08/2024 Azerbaijan Fish Farm MMC-də Baş Maliyyə İnzibatçısı 01/2024- Odlar Yurdu Universitetində Mühazirəçi müəllim 08/2024- 02/2024 ATS Food MMC Maliyyə Departamentinin Direktoru 03/2025-dən SOCAR Azəriqaz İB Baş Direktorun müşaviri vəzifəsində işləyib Geri qayıt |