Əsas Səhifə > Ana xəbər / Güney Press > Moskvadan iki mühüm mesaj: Bakı üçün “yaşıl işıq” yandı, qərar dəyişdi
Moskvadan iki mühüm mesaj: Bakı üçün “yaşıl işıq” yandı, qərar dəyişdiBu gün, 09:03 |
Son günlər Rusiya rəsmilərinin səsləndirdiyi bəyanatlar Azərbaycan ictimai rəyində bu ölkə ilə münasibətlərdə mümkün yumşalma və ya barışıq niyyəti kimi şərh olunur. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun və Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın çıxışlarında Azərbaycanın suverenliyi və regional əməkdaşlıqla bağlı ehtiyatlı, lakin pozitiv vurğu xüsusi şəkildə hiss olunur. Peskov və Zaxarova kimi rəsmi şəxslərin açıqlamaları Moskvanın hazırkı real mövqeyidir? Bu bəyanatların səmimiyyətinə nə dərəcədə güvənmək olar? Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, son günlər Rusiyanın Azərbaycana qarşı ritorikasında həqiqətən də yumşalma müşahidə edilir: “Bu, müsbət bir haldır. Moskvadan Bakıya gələn nümayəndənin xüsusi mesajının olması istisna deyil. Zaxarova və Peskov da müəyyən pozitiv mesajlar veriblər. Rusiya hazırkı mərhələdə gərginliyin azalmasında maraqlıdır. Ümumiyyətlə, iki ölkə arasında geriyə dönüşü qeyri-mümkün edəcək heç nə baş verməyib. Zaman-zaman gərginlik olub, indi isə bunun aradan qaldırılması müzakirə edilir. Azərbaycanın konkret istəkləri var. Bakı həmin məsələlərdə geri addım atmadı və bunu Rusiya da görür. Məhz ona görə nəticədə danışıqlara başlamaq qərarına gəlib. Prinsipcə, Azərbaycan münasibətlərdə belə gərginliyin olmasında maraqlı deyil. Bakı hər zaman qonşuluq münasibətlərinə önəm verib. Amma Moskva hələ də müstəmləkə təfəkküründən qurtula bilməyib. Hesab edirəm ki, Rusiya mövcud yanaşmalarını birdəfəlik bitirməlidir. Bu baş verərsə, sonrakı müddətdə gərginlik yaşanmaz”. Geri qayıt |