Əsas Səhifə > Ana xəbər / Güney Press > Göyçə gölü sahilində 900-dən çox mülk yoxlanılır...
Göyçə gölü sahilində 900-dən çox mülk yoxlanılır...Bu gün, 09:42 |
“Seyran Ohanyanın əmlakı hazırda aktiv araşdırılan yeganə əmlak deyil, həm cinayət qanunvericiliyi, həm də dövlət maraqlarımızın müdafiəsi və qanunsuz mənşəli əmlakın müsadirə edilməsi funksiyası çərçivəsində araşdırılan keçmiş yüksək vəzifəli məmurların əmlakları da var”.
Moderator.az xəbər verir ki, tert.am-ın məlumatına görə, bunu Ermənistan Respublikasının Baş prokuroru Anna Vardapetyan ölkə İctimai Televiziyasının efirində deyib.
Baş prokurorun sözlərinə görə, hazırda Göyçə gölünün sahilində 900-dən çox mülk yoxlanılır
“Biz onlar haqqında mütəmadi olaraq dərc edirik, hansısa mərhələdə, onların sayı daha çox olanda, əlbəttə ki, daha qruplaşdırılmış formada təqdim edəcəyik, lakin Seyran Ohanyan, şübhəsiz ki, tək deyil”, - prokuror bildirib.
Geri qayıt |