Əsas Səhifə > Ana xəbər / Güney Press > “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış”

“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış”


Bu gün, 12:56

“Pəhriz proqramı üçün ödəniş etdim, daha sonra öyrəndim ki, menyunu özü yox, “ChatGPT” yazıbmış”.

Gununsesi.info xəbər verir ki, bunu əvvəllər aparıcılıqla məşğul olan və hazırda ABŞ-də yaşayan Günel Musəvi (Günel Krişnan) instaqram hesabında bildirib.

O, universitet yoldaşının dələduzluğuna məruz qaldığını bildirib: “Adətən antireklam etmirəm, amma istəmirəm ki, kimsə mənim kimi aldansın. Kamranla universitetdən tanış idik, mən arıqlamaq istəyirdim, o, isə biznes qurmaq. Düşündüm ki, bir-birimizi dəstəkləyərik. Dedi ki, həkim və dietoloqlardan ibarət komanda ilə işləyir, hər şey fərdi şəkildə hazırlanır”.

G. Musəvi pəhriz planı üçün 130 dollar (221 AZN) ödəniş etdiyini bildirib: “Pulumu göndərib, analizlərimi paylaşdım. Amma nəticədə “ChatGPT”dən alınmış qrafik və pəhriz planı verildi. Bütün “komanda” sadəcə süni intellekt imiş. Uzun zamandır belə aldanmamışdım. Dərsimi aldım, siz də aldanmayın”.


Geri qayıt