Əsas Səhifə > Ana xəbər / Güney Press > Ramiz Mehdiyevin bankılnda rəhbərlik dəyişir
Ramiz Mehdiyevin bankılnda rəhbərlik dəyişirDünən, 09:38 |
«Bank BTB»nin Müşahidə şurasında dəyişiklik gözlənilir. "DİA-AZ" xəbər verir ki, 04 avqust 2025-ci il tarixində Bank BTB-nin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək. Bu barədə Bankın idarə heyətinin sədr müavini Zaur Yusifovun imzası ilə səhmdarlara ünvanlanan müraciətdə bildirilir. Yığıncaqda müzakirə olunan yeganə məsələ Bank BTB ASC-nin Müşahidə Şurasının tərkibi haqqındadır. Yığıncaq 04 avqust 2025-ci il sata 11-də Bankın Bakı şəhəri, Xətai rayonu Yusif Səfərov, 27 ünvanında yerləşən Baş ofisində keçiriləcək. Qeyd edək ki, sözügedən bank Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur. Geri qayıt |