Əsas Səhifə > Ana xəbər / Güney Press > Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü...

Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü...


Bu gün, 07:03

Ermənistan Bəşər Əsədi seçdi və Suriyanı itirdi. Əsədi devirən Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şara isə Azərbaycanı seçdi və qazandı.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Azərbaycan Suriyaya qaz nəql edəcək, enerji və infrastruktur layihələrində iştirak edəcək:

“Azərbaycan Dəməşqlə Təl-Əviv arasındakı dialoqa ev sahibliyi etməklə Suriyanın təhlükəsizliyinə daha bir töhfə vermiş olacaq. Əhməd əş-Şaranın Azərbaycana səfərdən geri qayıtdıqdan dərhal sonra Prezident İlham Əliyevə yazdığı məktubda belə bir cümlə var: “Dostluğumuz Qafqaz dağları qədər sarsılmaz qalsın”. Həqiqətən, qarşılıqlı maraqlar üzərində qurulan tərəfdaşlıq daimi olmalıdır. Rusiya ilə bu alınmadı, çünki Kreml sözdə tərəfdaş adlandırdığı ölkələrin maraqlarını heçə sayır”.


Geri qayıt