Əsas Səhifə > Ana xəbər / Güney Press > Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir...
Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir...Bu gün, 08:28 |
Bu adın müəllifi Putinin özüdür. Xatırlayırsınızsa, Ukrayna ərazisinə daxil olan hərbi texnikaların üzərində “Z” işarəsi yazılmışdı. Kənar müşahidəçilər bunun mənasının nə olduğunu anlaya bilmirdi. Bu Putinin “icadı” idi, işğala bir ad qoyulmalıydı, o da “Z” hərfini seçib. Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirdikcə, şovinist blogerlər birliyi formalaşdı. Kremlin media sahəsinə cavabdeh olanlar “Z-blogerlər” vasitəsilə Rusiyada milli, əslində şovinist ruhu gücləndirməyə çalışırdı. Ancaq bir müddətdən sonra “Z-blogerlər” nəzarətdən çıxdılar və onlar şovinist əhval-ruhiyyədə Kremli üstələməyə başladılar. Misal üçün Rusiya rəsmiləri hər hansı məsələni diplomatik dillə izah etməyə çalışırlarsa, “Z- blogerlər” düşmən elan etdiklərini söyüş dili ilə hədələyirlər. İndi bu kütlə Azərbaycanın üstünə tökülüşüb, Prezident İlham Əliyevi düşmən elan ediblər. “Z- blogerlər” Azərbaycana qarşı ikinci cəbhənin açılması vacibliyindən, Bakının bombalanmasından, azərbaycanlıların Rusiyadan kütləvi şəkildə qovulmasından yazır və Kremldən təcili tədbirlər tələb edirlər. Bunlara başdanxarablar deyib fikir verməmək də olar. Ancaq Putinin Ukraynaya qarşı başlatdığı işğalçı müharibə fonunda Rusiya cəmiyyətinin bir hissəsi də “Z-blogerlər” kimi düşünür. Əks halda bu şovinist kəsim Rusiya sosial media seqmentini ələ keçirməzdi. Kreml özünün formalaşmasında iştirak etdiyi bu təxribatçı kəsimin girovuna çevrilib. Elxan Şahinoğlu - "DİA-AZ" Geri qayıt |