Əsas Səhifə > Ana xəbər / Güney Press > Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi


23-07-2025, 16:46

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edilib.

Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Sahib Rzayev İstintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Sahib Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-ci ildə isə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsili fərqlənmə ilə bitirib.

2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. 2025-ci ilin yanvar ayından hazırkı təyinatına qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.


Geri qayıt