Əsas Səhifə > Ana xəbər / Güney Press > İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi

İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi


Dünən, 00:02

Rusiyanın neft məhsullarını daşıyan “Railgo” şirkətində axtarışların aparılması barədə məlumat doğrudur.

Bu barədə Axar.az-a insidentlə bağlı ətraflı məlumatı olan mənbə bildirib.

Onun sözlərinə görə, İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovun adına olan “Railgo”un Lujnikidəki ofisinə xüsusi təyinatlılar və müstəntiqlər doğrudan da basqın ediblər, sənədlər müsadirə olunub və işçilərə təzyiq göstərilib. Buna baxmayaraq, İsgəndər Xəlilov şəxsi əlaqələrindən istifadə edərək, problemin müvəqqəti həllinə nail olub.

Mənbə bildirib ki, Xəlilovlar buna görə məlumatı təkzib etməyi məqsədəuyğun sayıblar.

O da vurğulanıb ki, İsgəndər Xəlilov və ailə üzvləri hazırda Azərbaycandadırlar, yalnız ailənin kiçiyi Rauf Xəlilov Moskvada qalıb.

Qeyd edək ki, “Mash” Teleqram kanalı “Railgo” şirkətinə basqın edildiyi haqda məlumat yaymışdı. Rəhman Xəlilov isə mediaya açıqlamasında bunu təkzib etmişdi


Geri qayıt