Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu iki ticarət şəbəkəsi nədən ƏRKÖYÜNLÜK EDİR?

Bu iki ticarət şəbəkəsi nədən ƏRKÖYÜNLÜK EDİR?


Dünən, 06:37

Azərbaycanın ən böyük iki iri bazarında satış zamanı kredit kartlarından istifadə mümkünsüzdür. Xüsusilə də elektronika məhsullarının satışı zamanı kredit kartlarından bu bazarlarda nə üçün istifadə etmək mümkün deyil? Və yaxud kredit kartından istifadə zamanı "Sədərək" və "Binə" bazarlarında nəyə görə məhsulun üzərinə əlavə faiz qoyulur? Bu nə dərəcədə doğrudur? Bu kimi məsələlər alıcıların hüquqlarını pozmaq sayılmırmı?

Bu mövzuyla bağlı İqtisadçı Akif Nəsirli REFERANS-ın suallarını cavablandırıb. İqtisadçı qeyd edib ki, alış-veriş edərkən kredit kartlarından istifadəni bank təyin edir. Məsələn elə banklar mövcuddur ki, ticarət mərkəzləri ilə əlaqələri var və həmin ticarət mərkəzləri müvafiq bank kartları ilə faizsiz alış-veriş etməyə şərait yaradır. Amma elə ticarət mərkəzləri vardır ki, onlar arasında heç bir müqavilə yoxdur. Pul vəsaitini kreditə verən bank həmin ticarət mərkəzini tanımır. O halda əlbəttə ki, komissiya haqqı çıxılır.

Daha sonra müsahibimiz bildirib ki, ümumiyyətlə götürsək bu Azərbaycan qanunvericiliyinə görə qaydalara uyğundur. Məsələ burasındadır ki, ümumən bank haqqında qanuna və digər hüquq-normativ sənədlərdə qanunlarda və.s boşluqdan irəli gəlir. Bu krediti müəyyən müddətə bank mənə veribsə bu zaman mən o vəsaitin xərclənməsi üzərində tam hüquqlu istifadəçi hüququna malik olmalıyam. Yəni bu ümumi qaydalardır.

"Hazırda isə banklar müxtəlif şərtlər irəli sürürlər. Məsələn "Kapital Bank" İrshad mağazalarından alınan məişət texnikası və digər əşyalar üçün verdiyi kredit kartındakı limitdən faizsiz istifadə etməyə imkan verir. Hətta kredit götürmək də mümkündür. Yəni misal olaraq, tutaq ki, kartında 1500 manat pul var və bu məbləğ qədəriylə nə alarsansa faizsiz şəkildə vətəndaşa aldığı məhsul təqdim edilir. Yalnız kredit faizləri müraciət edilən banka - yəni, məsələn "Kapital Bank"a ödənilməlidir",-deyə Akif Nəsirli əlavə edib.


Geri qayıt