Əsas Səhifə > Ana xəbər / Güney Press > Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?..

Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?..


Bu gün, 05:59

Yekaterinburqda azərbaycanlılarla bağlı faciəli hadisələrdən artıq bir ay keçir. Amma Rusiya prezidenti Vladimir Putin bu günədək Rusiya-Azərbaycan münasibətlərində yaranmış gərginlik barədə danışmayıb. Görəsən, nəhayət, bir gün o bu mövzuda danışanda nələr deyəcək?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli bunları söyləyib:
“Əgər ölkələrin ən yüksək vəzifəliləri iki ölkə arasındakı gərginlikdən bəhs etmirlərsə, deməli, elə bir gərginlik yoxdur. Sadəcə olaraq KİV-in və bəzi məmurların bu gərginliyi şişirtməsi və qızışdırması halları var. Nə bizim Prezident, nə də Rusiya Prezidenti bu günə qədər iki ölkə arasında bu cür gərginliyin olmasından bir kəlmə belə deyib və deməyəcək də. Deməli, vəziyyət biz düşündüyümüz qədər də gərgin deyil...
Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü balanslaşdırılmış siyasət onu göstərir ki, Azərbaycan öz dövlətçilik maraqlarından çıxış edir və ona uyğun, heç bir dövlətdən asılı olmayan dövlət siyasətini həyata keçir...
Azərbaycan-Rusiya qarşıdurmasında maraqlı olan ermənilər və onların Moskvada olan siyasi havadarları anti-Azərbaycan ritorikasına keçsələr də, inanılası deyil ki, onların arzuları həyata keçəcək, çünki Azərbaycan Rusiya üçün strateji partnyordur və onu itirmək istəməz. Odur ki, Rusiya Prezidenti Azərbaycanla bağlı heç nə demir və demək, belə istəməz, çünki Azərbaycanı itirmək Qafqazı itirməkdir...
Konkret olaraq Yekaterinburq hadisələri ilə bağlı Vladimir Putinin nəsə deyəcəyi ağlasığmazdır, çünki bu onun səlahiyyətində deyil, bu haqda Azərbaycan tərəfinə baş vermiş hadisələrlə bağlı əməliyyat işləri aparan Rusiyanın xüsusi orqanlarının səlahiyyətli şəxsləri cavab verəcək, əlbəttə ki, Rusiya Prezidentinin göstərişi ilə...
Aydındır ki, bu hadisələr Azərbaycan-Rusiya münasibətlərinə heç bir xələl gətirməməlidir. Bizə elə gəlir ki, iki ölkə arasında baş vermiş narazılıqları tezliklə Azərbaycan və Rusiya prezidentləri aradan qaldıracaqlar... Amma yenə deyirəm, əgər onlar bu günə qədər heç nə deməyibsə, bundan sonra da heç nə deməyəcək...”

Geri qayıt