Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan müxalifəti çarəsiz vəziyyətdədir

Ermənistan müxalifəti çarəsiz vəziyyətdədir


Dünən, 09:53

“Ermənistan müxalifəti çarəsizdir, içi nifrət doludur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bəzi müxalif dairələrin əsas bəyanatı odur ki, Ermənistanda gərginlik, apatiya, nifrət var. Vardavar kütləvi şənliklərinin səhnələrinə baxıram və özümə sual verirəm: hanı gərginlik, apatiya, nifrət?

Psevdoelit qrupun apatiyası, gərginliyi, nifrət və çarəsizliyi xalqa aid olunmamalıdır. 2021-ci ildə xalq gələcəyin olduğuna inanırdı, bu gün anlayır ki, gələcək gəlib, gələcək bu gündür”, - baş nazir qeyd edib.

Qeyd edək ki, Vardavar Ermənistanda insanların bir-birini su ilə islatdıqları festivaldır.


Geri qayıt